Şriftin ölçüsü :

Saytın rəngi :

Torpağlarımızın azadlığı uğrunda şəhid olmuş "Azərbaycan Bayrağı ordenli" Tahir İslamovun anım tədbiri kecirilib

18 may 2018 | 16:00

       Mayın 18-də rayonun Dəyirmanlı kənd tam orta məktəbində torpağlarımızın azadlığı uğrunda şəhid olmuş "Azərbaycan Bayrağı ordenli"  Tahir İslamovun anım tədbiri kecirilib. 
Tədbir iştirakçıları əvvəlcə şəhid Tahir İslamovun adını daşıdığı Dəyirmanlı kənd tam orta məktəbində onun xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Kurdəmir rayon Qarabaq müharibəsi veteranlar şurasının sədri Fərəc Dadaşov , Kürdəmir rayon Gənclər və İdman İdarəsi rəis müavini Qalib Baxşiyev , Səfərbərlik və Hərbi xidmətə çağırış Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəis müavini mayor Rauf Mürsəlov ,Kurdəmir rayon Təhsil şöbəsinin əməkdaşı Mətləb Allahverdiyev , şəhidin anası Elmira İslamova və ona dərs demiş müəllimlər öz çıxışlarında şəhidin vətənpərvərliyindən, onun keçdiyi həyat və döyüş yolundan söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Cıxışlardan sonra Dəyirmanlı kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu. Anım mərasiminin rəsmi hissəsi yekunlaşdiqdan sonra torpağlarımızın azadlığı uğrunda şəhid olmuş "Azərbaycan Bayrağı ordenli" Tahir İslamovun əziz xatirəsinə həsr olunmuş idmanın voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib. Turnirdə keçirilən oyunların yekun nəticələrinə görə Dəyirmanlı kənd tam orta məktəbinin voleybol komandası I yerə, Xırdapay kənd tam orta məktəbinin voleybol komandası II yerə, Yenikənd kənd tam orta məktəbinin voleybol komandası III yerə layiq göruldülər. Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar Kurdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər