Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ramazan ayının başlanması münasibətilə dindarlar və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

16 may 2018 | 16:00

 Mayın 16-da rayonun Gənclər evinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ramazan ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir ” mövzusunda tədbir keçirilib.
Görüşdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, ziyalılar, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov Ramazan ayının başlanması münasibətilə görüş iştirakçılarını təbrik edib. Elxan Qafarov ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi şöbəsinin müdiri Əzim Rəfiyev bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayı xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.
Daha sonra QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin, dini ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb və tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər