Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunub

14 may 2018 | 16:00

Mayın 14-də YAP Kürdəmir rayon təşkilatının inzibati binasında “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda sahibkarların, idarə və müəssisə, təşkilat rəhbərlərinin  iştirakı ilə  dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini, Məşğulluğa kömək göstərən əlaqələnirmə komitəsinin sədri Ağəli Kərimli, komitənin üzvüləri və sahibkarlar,  idarə ,  müəssisə  və  təşkilat rəhbərləri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Tahir İsmayılov açaraq bildirib ki, 01 yanvar 2018-ci ildən etibarən artıq ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar.Bununla əlaqədar 29 dekbr 2017-ci il tarixdə Nazirlər Kabineti “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası” haqqında müvafiq qərar qəbul edilib.
Qəbul olunmuş Qərarla əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli çıxış edərək, bildirib ki, artıq 01.01.2018-ci il tarixdən işsizlik müavinəti ləğv olaraq “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minmişdir. Yeni qanuna görə yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Sonda “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi” Qaydası barədə işəgötürənləri maraqlandiran suallar cavablandırılıb.  

  

Keçidlər