Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirli xalçaçı qadın Zariyyat Eyyubovaya “Tərəqqi” medalı təqdim olunub

12 may 2018 | 16:00

Mayın 12-də Kürdəmir rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 04 may 2018-ci il tarixli Sərəncamına əsasən Kürdəmir rayonunun Şilyan kənd sakini, xalçaçı qadın Zariyyat Eyyubovaya “Tərəqqi” medalı təqdim olunub.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, ölkə başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğıları nəticəsində xalçaçılığın cəmiyyətdəki nüfuzu yüksəlmiş, bütün dünyanın diqqəti Azərbaycan xalçasına cəlb edilmişdir. Respublikamızın  bölgələrində xalça istehsalı emalatxanaları yaradılmaqla minlərlə xalçaçı qadın iş yerləri ilə təmin edilmiş, Kürdəmir rayonunda da xalça emalatxanasının tikintisi başa çatdıqdan sonra 150 toxucu işlə təmin olunacaqdır.
Zariyyat Eyyubova sevincini tədbir iştirakçıları ilə bölüşərək  göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqını bildirdi.

 

Keçidlər