Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd olunub

10 may 2018 | 16:00

Mayın 10-da  Dahi rəhbərin doğum günündə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov,  rayonun hüquq-mühafizə orqanlarının,  idarə,   müəssisə və təşkilatlarının  rəhbərləri, YAP-ın üzvüləri ,  ağsaqqallar və ziyalılar, rayon  ictimaiyyətinin  nümayəndələri , rayon sakinləri  Ulu Öndərin  adını daşıyan  parkda  ucaldılmış  Ulu Öndərin abidəsi önünə tər-çiçəklər düzdülər və onun  nurlu,  işıqlı əziz xatirəsini bir daha ehtiramla yad etdilər.
Mərasim  iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponantlara, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgiyə böyük maraqla tamaşa etdilər.
Mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ”Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” adlı dəyirmi masada davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə ”Dahi şəxsiyyət” filminə tamaşa etdilər.
Tədbirdə geniş məruzə ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab Ceyhun Cəfərov bildirdi ki, bu günlər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi  ölkənin hər bir bölgəsində geniş  surətdə qeyd edilir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm,  etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Zaman göstərdi ki,  Ulu Öndərimizin bütün  addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Ulu Öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi sovet  dövrünə təsadüf  edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı. Müstəqilliyin mənəvi, mədəni, iqtisadi  əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün  sovet   dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycanı kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi və tanındı.       Bütün bu uğurlara xalqımız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə nail olmuşdur.  Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur.Bu gün bu uğur magistralında bizə Ulu Öndərimizin layiqli davamçısı – Azərbaycan Prezidenti, cənab İlham Əliyev kimi vətənpərvər, islahatçı və çevik lider rəhbərlik edir. 2003-cü ildən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev Ulu Öndərimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir.  Artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deməyə qadir olan güclü, qüdrətli bir dövlətdir.  Cənab Prezidentimiz ötən dövr ərzində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkənin bütün sahələrində inkişafı üzə çıxarmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir.Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.Elə bunun bariz nümunəsidir ki,  ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlarına ev sahibliyi edir. 11 aprel 2018-ci il tarixində  ölkəmizdə  mühüm siyasi kampaniya - Prezident seçkiləri keçirildi. Səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutdu. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etdilər. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı  cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı. Seçkilərin nəticələri isə Azərbaycan xalqının bir daha Ulu Öndər  Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu qələbə lider-Xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi.
Tədbirdə “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” mövzusunda Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov,  “Heydər Əliyev Kürdəmirdə” mövzusunda əmək qəhrəmanı Sevil Osmanova, “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda şəhər 3 saylı məktəbin dil ədəbiyyat müəllimi Əsbət Musayeva, “Böyük xilaskar,əbədiyaşar lider”  mövzusunda Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış etdilər.

 


 

Keçidlər