Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclərinə örnəkdir” mövzusunda inşa yazı musabiqəsi keçirilib

09 may 2018 | 16:00

Kürdəmir  rayonunda  Ulu  Öndərin  xatirəsinə  həsr  olunmuş silsilə  tədbirlər  çərçivəsində  məktəblilər   arasında   “Ümummilli Lider Heydər   Əliyev   Azərbaycan   gənclərinə   örnəkdir”  mövzusunda  inşa yazı müsabiqəsi keçirilib
Tədbirin  keçirilməsində məqsəd məktəblilərin Ümummilli Lider Heydər Əliyevin tarixi həyat məktəbindən nələri öyrənib, mənimsədikləri  barədə  bilikləri  üzə  çıxarmaqdır. Müsabqədə rayonun ümümtəhsil  məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib. Münsiflər  tərəfindən  yoxlanılan  inşa yazılarının nəticələrinə görə şəhər 1 saylı tam orta məktəbinin şagirdi İskəndərova Rahidə I yerə, şəhər 5 saylı tam orta məktəbin şagirdi Süleymanova Yavər II yerə, Topalhəsənli kənd tam orta məktəbin şagirdi Osmanova Aybəniz və şəhər 1 saylı tam orta məktəbinin şagirdi Hacıyeva Şəlalə III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri Kürdəmir rayon Gənclər İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Keçidlər