Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə möhtəşəm konsert keçirilib

09 may 2018 | 16:00

Mayın 9-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti və İctimai Televiziya və  Radio Yayımları Şirkəti maraqlı konsert proqramı təşkil ediblər.
Bayram  konsertində rayon  rəhbərliyi, respublikamızın  tanınmış incəsənət ustaları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edirdilər.
Rayon  sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında Teymur Əmrah, Könül Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Nadir Qafarzadə, Elşad Qarayev, Samira, Mətanət İsgəndərli, Elnarə Abdullayeva, Bilal Əliyev və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri  bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı. 

Keçidlər