Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Liseyinin pedaqoji kollektivi və şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər

08 may 2018 | 16:00

Mayın 8-də Kürdəmir Peşə Liseyinin pedaqoji  kollektivi və şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə, xüsusi guşələrdə uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, ailə həyatının ayrı-ayrı məqamlarını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, dahi şəxsiyyət haqqında yazılmış kitablarla yaxından tanış olmuş, sənədli filmə tamaşa etmişlər.
Mərəkəzin akt zalında Ulu Öndərin Kürdəmir rayonuna tarixi səfərlərindən, gənclərə göstərdiyi qayğıdan bəhs edən məruzə və çıxışlar  dinlənilmişdır.
Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər