Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahmat üzrə rayon birinciliyinə yekun vurulub

07 may 2018 | 16:00

Mayın 7-də Kürdəmir  rayon  Gənclər  və  İdman   idarəsinin  təşkilatçılığı ilə  rayonun  Uşaq  Gənclər  İdman  Şahmat  məktəbində  Ümummilli  Lider Heydər  Əliyevin  anadan  olmasının   95-ci   ildönümünə   həsr   olunmuş  idmanın  şahmat üzrə rayon birinciliyi keçirilib.
Birinciliyin  mükafatlandırma  mərasimində  iştirak  edən  Kürdəmir  rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirib ki,
Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  uzun  illər  ərzində  bədən  tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Mayın  2-dən  start  götürən  yarışda  rayonun  ümumtəhsil  məktədlərinin  70 oğlan  və qız şahmatçısı 8-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan  ibarət olan turnirin yekun  nəticələrinə görə 8-12 yaş qruplarında oğlanlarda  I  yerə Əzizov Amin II yerə isə Müslümlü Ayxan , qızlarda I yerə Aliyə  Əzizova  II  yerə isə  Məmmədova Aydan , 13-16 yaş qruplarında oğlanlarda I yerə Hacıyev Famil II yerə isə Baxışlı Orxan, qızlarda I yerə Məmmədova Cəmilə II yerə isə Məhərrəmova Güllü layiq görülüblər.
Birincilikdə I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər