Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib

26 aprel 2018 | 16:00

Aprelin 26-da rayon İcra Hakimiyyətinin akt zalında Çernobıl faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə  Kürdəmir  Rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini  Vəsilə Əsgərli, Kürdəmir  rayon  Qarabağ  Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri  ictimai  birliyinin  sədri  Fərəc   Dadaşov,  Çernobıl   Əlilləri   İttifaqının Kürdəmir  rayon  bölməsinin   sədri  Umudvar  Xəlilov  və  bir qrup Çernobıl əlilləri iştirak ediblər.
Tədbir  Azərbaycanın  ərazi  bütövlüyü, müstəqilliyi   uğrunda   şəhid  olanların və Çernobıl faciəsi  qurbanlarının   əziz  xatirəsinin   bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri  giriş  sözü  ilə  açan  Kürdəmir  rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Prezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.
Tədbirdə Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqının Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov və Çernobıl əlili Əbülfəz Baxşıyev çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl iştirakçılarına pul mükafatı verildi.

Keçidlər