Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə çiyid səpininə başlanılıb

13 aprel 2018 | 16:00

Cari mövsümdə rayonda 5030 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Bu da əvvəlki ildəkindən 1003 hektar (2017-cı ildə 4027 ha) çoxdur. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Qarasu, Yenikənd, Atakişili, Karrar kəndlərinin ərazilərində start verilib.Qısa müddətdə 200 hektardan çox sahəyə çiyid səpilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və Kənd Təsərrüfatı MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 27 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Keçidlər