Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Kürdəmir rayonunda icrasına dair müşavirə keçirilib

27 mart 2018 | 16:00

Martın 27-də  rayon  İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar geniş yığıncaq keçirilib.

Yığıncaqda Kürdəmur Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıq fəaliyyəti ilə məşğul olan  təsərrüfat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Kürdəmir  Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirdi ki, 2018-ci il 26 mart tarixdə Bərdə rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi.Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Kürdəmir rayonu sovet dönəmində  Respublikanın böyük pambıqçılıq rayonlarından biri olub. Həmin dövrlərdə pambıqçılığa Kürdəmir rayonunda da xüsusi diqqət ayrılmışdır. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu  və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi..Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü,  suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Ceyhun Cəfərov qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin ixrac yönümlü məhsullardan və insanların sosial həyatında mühüm rolu olan pambıqçılığın inkişafı sahəsində qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kürdəmir rayonunda müəyyən işlər görülmüşdür. Belə ki, pambığın əkin sahəsi ilbəil artırılmışdır. Belə ki, 2015-ci ildə 22 hektar, 2016-cı ildə 1911 hektar, 2017-ci ildə 4027 hektar sahədə pambıq əkilmiş, pambıq əkinin sahəsi dəfələrlə artırılmışdır. 2017-ci ildə 5001 ton pambıq yığılaraq tədarük edilmişdir ki, bu da əvvəlki ildəkindən 2900 ton çox olmuşdur. Məhsulun 773 tonu maşınlarla yığılmışdır. 2018-ci ildə 5030 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün su təminatı olan münbit sahələr seçilmiş, 275 istehsalçı pambıq əkini ilə əlaqədar müqavilələr bağlamışdır. İstehsalçılardan 89-u 1002.4 hektar sahədə pambıq əkilməsi üçün “MKT İK” MMC ilə, 107 istehsalçı 2800 hektar sahədə pambıq əkini üçün Kənd Təsərrüfatı İdarəsi MMC ilə müqavilə bağlamış, 79 istehsalçı 1278 hektar sahədə fərdi pambıq əkilməsi üçün hazırlıq işləri görmüşdür. Pambıq əkiləcək 5030 hektar sahənin şumu vaxtında çıxarılmış, bunun 4200 hektarında qış aratı aparılmışdır.İstehsalçılardan 74-ü 5 hektaradək, 56-sı 5 hektardan 10 hektaradək, 84-ü 10 hektardan 20 hektaradək, 49-u 20 hektardan 50 hektaradək, 10-u 50 hektardan 100 hektaradək, 1 hüquqi şəxs “Vüqar Aqro” MMC 350 hektar, digər hüquqi şəxs “SM Aqro” MMC 1500 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri görmüşlər.Bu il pambıq əkinlərinin 325 hektarı pay torpaqlarında, 1086 hektarı bələdiyyə torpaqlarında, 3619 hektarı Dövlət ehtiyat fondu torpaqlarında əkiləcəkdir.Pambıqçılığın maddi texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınmışdır. Səpinin optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci on günlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülmüşdür.İstehsalçılar hər hektardan 20 sentiner məhsul götürülməsini qarşılarına məqsəd qoymuşlar.

Yığıncaqda Kürdəmir Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Mollakənd Mexaniki Suvarma idarəsinin rəisi Əhliman Kərimov, Qarasu pambıqçılıq təsərrüfatının rəhbəri Şakir Teyyubov və Çöhranlı pambıqçılıq təsərrüfatının rəhbəri Mübariz Hacıyev və başqaları çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.

Tədbirdə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov çıxış etdi.

Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.


 

Keçidlər