Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəblilər arasında Tir atıçılığı üzrə rayon turniri kecirilib

13 mart 2018 | 16:00

Mart ayının 13-də Gənclər evində Kürdəmir rayon Gənclər və İdman İdarəsi  və  Səfərbərlik  və Hərbi xidmətə  çağırış  Dövlət  Xidmətinin  Kürdəmir rayon  şöbəsinin  birgə  təşkilatçılığı  ilə  rayonun  36  ümumtəhsil  məktəbinin  IX-XI sinif  şagirdləri  arasında    tir  atıcılığı  üzrə  rayon  turniri  keçirilib.
“Azərbaycan  Xalq  Cümhuriyyəti  ili”nin  qeyd  olunması  münasibəti  ilə keçirilən  yarışda    torpaqlarımızın   azadlığı   uğrunda   şəhid   olmuş   Azərdaycan igidlərinin xarirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirin  təltifetmə  mərasimində  Kürdəmir  rayon Gənclər və  İdman  idarəsinin  rəisı Süleyman Əhmədov və Səfərbərlik və Hərbi xidmətə çağırış  Dövlət  xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Polkovnik Həbib Əliyev çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, belə yarışların keçirilməsində əsas məqsədi gənclərlə vətənpərvərlik və vətəndaşlıq sahəsində aparılan işlərin səmərəsinin artırılması və məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsidir. Bu  gün  çağırışaqədərki  hərbi  hazırlıq  dərslərinə cəlb edilən hər bir yuxarı sinif şagirdi yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz  qüvvə,  sözün  əsl  mənasında, xalqın gücüdür, gənclərin minlərlə igid və mərd  nümayəndələrini  öz sıralarında birləşdirən yumruqdur. Ona görə də bütün  xalq  öz  ordusu ilə fəxr edir, onu  yüksək  məhəbbət  hissi  ilə sevir. Həyatda  hər  şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları  üçün  ən şərəfli və ülvi bir vəzifədir. Xalqın  alovlu  məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır.
Yarışda  məktəblilər  şəxsi  və  komanda birinciliyi uğrunda yarışmışdılar.Komanda  birinciliyində  şəhər  1 saylı  tam  orta məktəbin komandası I yeri, Atakişili  kənd  tam orta məktəbin  komandası II yeri , şəhər 2 saylı tam  orta məktəbinin komandası III yerə layiq görülüblər. Şəxsi birincilik üzrə sərast atıcıliqları ilə fərqlənən şəhər 1 saylı tam orta məktəbin şagirdi Cəfərzadə Aqşin I yeri, Atakişili kənd tam orta məktəbin şagırdi Ələkbərov Rəşad II yeri və Sığırlı kənd tam orta məktəbin şagırdi Novruzov Sabir isə III yeri qazanıblar.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.

Keçidlər