Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

22 fevral 2018 | 16:00

Fevralın 22-də  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının akt zalında rayonun səhiyyə işçilərinin  iştirakı ilə  Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə  Kürdəmir  Rayon İcra Hakimiyyəti  Başçısının  müavini Vəsilə Əsgərli,   Kürdəmir   Mərkəzi  Rayon  Xəstəxanasının    baş    həkimi   Məhəmməd Musayev və  səhiyyə  işçiləri iştirak ediblər.
Tədbir     iştirakçıları    əvvəlcə    faciə  qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik  sükutla  yad  ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən  ermənilərin azərbaycanlılara və türklərə qarşı  törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.

Keçidlər