Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə istixanaların sayı artırılır

16 fevral 2018 | 16:00

     Son illərdə Kürdəmirdə tərəvəzin örtülü quruntlarda yetişdirilməsi genişləndirilmiş, rayonda 8  hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılmışdır.
Yaradılan istixanalarda fermerlər əsasən xiyar və pomidor məhsullarının yetişdirilməsi ilə məşğul olurlar. Rayonun Mürtülü, Xırdapay, Atakişili, Qocalı kəndlərinin sakinləri bu sahədə daha yaxından çalışır, istixanalardan bol məhsul əldə edirlər.
Ötən il istixanalarda yetişdirilmiş 500 tondan çox xiyar və pomidor respublikanın və rayonun bazarlarında satılmış, eyni zamanda  200 tondan çox məhsul ixraca yönəldilmişdir.
Ölkə Prezidentinin  tapşırığına  əsasən  rayona  investisiya qoyuluşu məqsədilə cəlb edilmiş sahibkarlar tərəfindən ötən il  Atakişili  kəndinin ərazisində 2 hektar  sahədə və Beyi  kəndi ərazisində isə 0,40 hektar sahədə müasir istixananın tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.
Bundan əlavə rayonun Mollakənd kəndində “Geotermal Aqro” MMC tərəfindən təbii üsulla yerdən çıxan isti sudan istifadə olunmaqla (istixanaların isidilməsi məqsədilə) 50 hektar sahədə istixanaların salınması nəzərdə tutulub. Hazırda işin təşkili istiqamətində tədbirlər görülür. İstixana tam gücü ilə işə salındıqdan sonra 500 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər