Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir: barama istehsalını 20 tona çatdırmaq üçün tədbirlər görülür

31 yanvar 2018 | 16:00

Baramaçılıq Kürdəmir rayonunda kənd təsərrüfatının ənənəvi, həm də perspektivli sahələrindəndir. Təsadüfi deyil ki, cari ildə bölgədə məhsul istehsalının 20 tona çatdırılması üçün indidən lazımi tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, baramaçılığın inkişafında möhkəm yem bazasının zəruriliyi nəzərə alınaraq, bu günlərdə mövcud tut bağlarına, habelə yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilir. Rayon ərazisində 2016-cı ildə 46 min, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilib.
Prezident İlham Əliyevin ölkəyə valyuta gətirən ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara, aqrar sektorda aparılan islahatlara müvafiq olaraq, Kürdəmirdə unudulmuş baramaçılıq sürətli inkişaf yoluna qədəm qoyub. 2016-cı ildə 3578 kiloqram baramanın istehsal edildiyi bölgədə keçən il istehsal 3,2 dəfə artaraq 11 ton 512 kiloqrama çatıb.

Keçidlər