Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə reabilitasiya mərkəzində tədbir keçirilib

28 dekabr 2017 | 16:00

Dekabrın 28-də rayonda  yerləşən  reabilitasiya  mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 31 dekabr-Dünya Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il  münasibətilə  tədbir keçirilib.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-syasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. O,qeyd etdi ki, Dünya Azərbaycanlılarının həmrəylik günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir. Əsası Ulu öndər tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ənənəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qorunur,vaxtaşırı dünya Azərbaycanlıları bir araya gəlir,tədbirlər ,görüşlər keçirilir.Bu gün isə biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını rayonumuzda fəaliyyət göstərən xüsusi qayğiya ehtiyacı olan uşaqlar üçün  reablitasiya mərkəzində qeyd edirik
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızın hər yerində uşaq evlərinin, internat məktəblərinin, reabilitasiya mərkəzlərinin açılması xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqət mərkəzində olduğunu göstərir.
Tədbirin sonunda yeni ilin simvolu Şaxta baba və Qar qız xüsusi qayğıya ehtiyacı olan uşaqlara yeni il hədiyyələri payladı.
Təşkil olunan bayram uşaqlarda və digər iştirakçılarda xoş ovqat yaratdı.

Keçidlər