Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

27 dekabr 2017 | 16:00

Dekabrın 27-də Kürdəmirdə ”31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayonun VIII-XI sinif şagirdləri arasında “ Mən fəxr edirəm ki, Azərbaycanlıyam ” mövzusunda keçirilən  inşa  yazı müsabiqəsinin  qaliblərinə  mükafatalar təqdim olunub.
Müsabiqədə  münsiflər heyətinin  rəyinə əsasən şəhər 1 saylı tam orta məktəbinin şagirdi Quliyeva Nərmin I yerə, şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Rəhimov Canəli II yerə, Dəyirmanlı kənd tam orta məktəbin şagirdi Səlimli Fidan və Yenikənd tam orta məktəbinin şagirdi Qarayeva Pərvin III yerə layiq görülüblər.
Qaliblərə Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən qiymətli hədiyyələr və diplomlar verilib.   

Keçidlər