Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə indiyədək 70 minə yaxın tut tingi əkilib

23 dekabr 2017 | 16:00

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu ilin payız mövsümündə Kürdəmir rayonunun ərazisində 67500 ədəd tut tingi əkilib.
Tinglər kümçülərə pulsuz paylanılır. Bu tinglərdən yetişən ağacların məhsuldarlığı 3-4 ildən sonra 50-60 faizə çatır.
Rayon ərazisində yeni tut bağlarının salınması məqsədilə 2016-cı ilin payız mövsümündə 6 min ədəd yerli və 40 min ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilib.Cari ildə isə 14 min ədəd yerli, 53 min 500 ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilib. Ümumilikdə, Kürdəmir rayonunun ərazisində 90 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Keçidlər