Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb

14 dekabr 2017 | 16:00

Kürdəmir rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl əkini başa çatıb və 43208 hektarda səpin aparılıb.
Bu il Kürdəmir rayonunda yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 3848 hektar çox olub. Sahələrin 14196 hektarı buğda, 29012 hektarı isə arpadır. Səpin kampaniyasına 150-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.
Hazırda ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır. Bu məqsədlə xüsusi qərargah yaradılıb.

Keçidlər