Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası həyata keçirib

11 dekabr 2017 | 16:00

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Kürdəmir rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
"Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Kürdəmir rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər.
Rayon təşkilatının üzvləri tərəfindən Kürdəmir rayonunun park və meydanlarında xeyli sayda ağac və gül kolları əkilib. Əkilən tinglər suvarılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır. 

Keçidlər