Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə yeni yaradılan aqroparklar rayon iqtisadiyyatının güclənməsinə böyük təkan verəcəkdir

31 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft  sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə aqroparkların yaradılması istiqamətində işlər uğurla aparılır. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edən aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Kürdəmir rayonunda yaradılan aqroparklar əsasən taxılçılıq və digər bitkiçilik məhsullarının istehsalı ilə məşğul olurlar.
Belə aqroparklardan biri də rayonun Pirili massivində 2000 ha sahədə “QLOBAL-Aqro” MMC tərəfindən yaradılan aqroparkdır. Aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, Smart Dəyirman, yağ və yem emalı zavodları,  toxum emalı sexinin tikintisi nəzərdə tutulmuşdur. Yem zavodu gündəlik 100 ton, yağ zavodu 80 ton emal gücünə malik olacaqdır.
Hazırda 9 min tonluq dənli bitkilərin saxlanılması üçün anbar istifadəyə verilmiş, ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir.
Aqroparkın texniki təchizatını təmin etmək üçün 26 ədəd yeni texnika alınmış, 28 ədəd sifariş olunmuşdur.
Bu il aqroparkda 400 hektar sahədə qarğıdalı, 200 hektar sahədə soya, 50 hektar sahədə qarabaşaq əkilmişdir. Düzgün aparılmış aqrotexniki qulluğun nəticəsində yüksək məhsuldarlıq əldə edilmiş, hazırda məhsulların yığımı davam etdirirlir.
Aqroparkda suvarmada yeri dəyişdirilə bilən “pivot” suvarma sistemindən istifadə olunur. Aqroparkı suvarma suyu ilə təmin etmək üçün Muradxan kanalının suötürmə qabiliyyəti artırılır.
Hazırda aqroparkda 60 nəfər işləyir, aqropark tam hazır olduqdan sonra 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər