Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun fermerləri indiyədək məntəqələrə 3 min tondan çox pambıq təhvil veriblər

24 oktyabr 2017 | 16:00

Kürdəmir rayonunda bu günədək 3 min  tondan çox pambıq tədarük edilib.
Bu il 4 min hektar sahədə əkilmiş pambıq üçün emal müəssisələri ilə müqavilə bağlanılıb. Rayonda pambıq yığımına başlanılandan bəri “MKT İK” MMC 3111 hektar sahədən 2463,4 ton, Kürdəmir Kənd Təsərrüfatı MMC 876 hektar sahədən 402,4 ton, fərdi qaydada 40 hektar sahədən 144,5 ton pambıq tədarük edib.
Hazırda hər gün tarlalara 6 pambıqyığan maşın çıxarılır. Əl ilə yığıma 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Rayon pambıqçıları hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbərliyə alıblar.

Keçidlər