Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə taxıl əkini kampaniyasına 50-dək səpin aqreqatı cəlb olunub

09 oktyabr 2017 | 16:00

Kürdəmir rayonunda payızlıq taxıl əkini kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, 2000 hektaradək sahədə səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, fermerlər və fiziki şəxslər ilk günlərdən sahələrə 50-dək səpin aqreqatı çıxarıblar. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Köhünlü, Pirili, Muradxan, Yenikənd, Sığırlı, Karrar və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası daha sürətlə aparılır.

Qeyd edək ki, ötən il 39 min 360 hektar sahədə payızlıq səpin aparan Kürdəmir taxılçıları cari mövsümdə əkin sahələrini 45 min hektara çatdırmaq əzmindədirlər.

Keçidlər