Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəbliləri arasında tir atıcılığı üzrə rayon turniri keçirilib

03 oktyabr 2017 | 16:00

Oktyabrın 3-də Gənclər evində  Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 25 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri  arasında  tir  atıcılığı  üzrə  “Sərrast atıcı”  yarışı  keçirilib.
Yarışdan   öncə   torpaqlarımızın   azadlığı   uğrunda   şəhid    olmuş   Azərdaycan igidlərinin xarirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə   çıxış   edən   Kürdəmir  rayon  Gənclər  və  İdman  idarəsinin rəisı Süleyman Əhmədov  bildirib  ki, belə yarışların  keçirilməsində  əsas məqsədi gənclərlə   vətənpərvərlik   və   vətəndaşlıq   sahəsində  aparılan   işlərin  səmərəsinin    artırılması    və    məktəblərdə    gənclərin    çağırışaqədərki   hazırlığı  fənninin  tədrisi səviyyəsinin yüksəldilməsidir.
Yarışda  məktəblilər   şəxsi   və   komanda  birinciliyi  uğrunda  yarışıblar. 
Komanda  birinciliyində  şəhər  4 saylı  tam  orta məktəbi  I yerə,  Atakişili  kənd tam  orta  məktəbi  II yerə , Çöhranlı  kənd  tam  orta  məktəbinin  komandası III yerə layiq görülüblər. Şəxsi  birincilik üzrə sərast atıcıliqları ilə fərqlənən şəhər 3 saylı tam orta məktəbin  şagirdi  Qubadov  Serat  I yeri, şəhər 4 saylı tam orta məktəbin şagırdi İmamverdiyev Murad II yeri qazanıblar.
Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

Keçidlər