Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhərinin küçələrinə asfalt örtüyü vurulur

29 sentyabr 2017 | 16:00

Kürdımir şəhərinin küçə və məhəllədaxili yollarına asfalt örtüyü vurulur. Bu ilin 9 ayı ərzində şəhərin Heydər Əliyev və Bakı propektlərində,  Bakı  prospekti  6A  ünvanda  yerləşən  çoxmənzilli içtimai  yaşayış  binasına  və şəhərin  69-cu  məhəlləsinə  giriş yollarında , Babək ,  M.Ə.Rəsulzadə , Anar Yunusov, Nizami,  Xəqani   küçələrinə  asfalt  örtüyü çəkilib.
2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş İsmayılov Əbu Bəkr Vüqar oğlunun və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş Qurbanov Tural Gürşad oğlunun adları verilmiş küçələrə də asfalt örtüyü döşənmiş, abadlıq işləri aparılmışdır.
Cari ilin 9 ayı ərzində şəhərin 11 küçəsində 19200 kv.m. asfalt örtüyü vurulmuşdur.
İlin sonuna qədər şəhərin daha 3 küçəsinə M.Əsədov , H.Z.Tağıyev  və  20 Yanvar küçələrinə asfalt örtüyünün vurulması planlaşdırılmışdır.

Keçidlər