Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məhsul yığımına pambıqyığan maşınlar cəlb olunub

27 sentyabr 2017 | 16:00

Kürdəmirdə kütləvi pambıq yığımı kampaniyası davam edir və artıq məhsul toplanışına pambıqyığan maşınlar da cəlb olunur.
Bu il rayonda 4027 hektar pambıq yetişdirilib. Onun 1500 hektarında məhsul maşınlarla yığılacaq. Məhsul yığımında 7 pambıqyığan maşından istifadə olunacaq . Bunlardan 5-i “MKT-İK” MMC-yə, 2-si isə “Kürdəmir Kənd təsərrüfatı” MMC-yə məxsus sahələrdə işləyəcək.
Rayonda hazırda kütləvi pambıq yığımı davam edir. Məhsul toplanışına 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. İndiyədək pambıq tarlalarından 1524 ton “Ağ qızıl” toplanılıb və yığılan məhsulun 1406 tonu tədarük edilərək qəbul məntəqələrinə təhvil verilib.
Kürdəmirdə pambığın tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub.

Keçidlər