Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Qurban Bayramı münasibəti ilə tədbir keçirildi

01 sentyabr 2017 | 16:00

Kürdəmir  rayonunda Qurban Bayramı münasibəti  ilə tədbir keçirildi. Kürdəmir  Rayon   İcra   Hakimiyyətinin   Başçısı   Ceyhun  Cəfərov  kürdəmirliləri   müqəddəs    qurban    bayramı     münasibətilə   təbrik   etdi,   onlara    can   sağlığı,  uzun  ömür, firavan həyat, bol ruzi arzuladı.
Kürdəmir  “İmam  Rza”  məscidinin  axundu  Füzuli  Cəfərov  xeyir-dua verdi, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.
Qurban  Bayramı ilə əlaqədar Kürdəmir  rayonunda  yaşayan  şəhid  ailələri,  Qarabağ müharibəsi əlillərinə,  II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə,  kimsəsizlərə,  tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1300-dən çox ailəyə qurban payları paylanıldı.
Bayram günü Böyük Vətən Müharibəsi Veteranlarının, tənha, yatax xəstəsi, kimsəsiz və əlil vətəndaşlarin evlərinə gedilərək onlara baş çəkildi və qurban payı verildi. Rayonda - ümumilikdə 2,5 tona yaxın qurban əti paylanıldı. Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirdilər. 

Keçidlər