Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir təhsilinin uğurları

30 avqust 2017 | 16:00

Respublikamızda 2017-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında Kürdəmir rayonu üzrə 594 nəfər məzun iştirak edib ki, onlardan da 239 nəfəri müvafiq keçid balını toplayaraq tələbə adını qazanıblar. Məzunlarımızdan 33 nəfəri 500-dən artıq, 8 nəfəri 600-dən artıq bal toplayaraq ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olunublar.

1. Qasımova Aytac Məzahir qızı - şəhər 1 saylı tam orta məktəbi, 659 bal, Azərbaycan Tibb Universiteti,  Müalicə işi fakultəsi   
2.  Məlikməmmədova Fidan Teymur qızı -  Atakişili kənd tam orta məktəbi, 621 bal, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sistem mühəndisliyi 
3.  Süleymanova Nuranə Namiq qızı - Köhnəbazar kənd tam orta məktəbi, 620 bal, Azərbaycan Turizm və Menecment Universiteti, Tərcümə (ingilis dili)
4.  Kərimova Nəzrin Eldəniz qızı -  şəhər 6 saylı orta məktəbi,  607 bal, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kompüter elmləri  
5.  Əsədova Səbinə Arif qızı -  şəhər 2 saylı tam orta məktəbi,  607 bal,  Azərbaycan Tibb Universiteti, Tibbi profilaktika  
6.  Musayeva Aytac Oktay qızı - Məhərrəmli kənd orta məktəbi, 604 bal, Azərbaycan Dillər Universiteti, Xarici dil müəllimliyi (ingilis dili)
7.  Qurbanov Ömər Tacəddin oğlu -  Sığırlı kənd tam orta məktəbi,  604 bal, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kompüter mühəndisliyi 
8.  Cavadova Elmira Fərman qızı - şəhər 3 saylı tam orta məktəbi, 604 bal, Azərbaycan Tibb Universiteti, Müalicə işi
  
Bu münasibətlə məzunlarımızın hər birini ayrı-ayrılıqda təbrik edir və onlara gələcək təhsillərində böyük nailiyyətlər arzu edirik.

Keçidlər