Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun nümayəndələri Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında mükafata layiq görülüblər

29 avqust 2017 | 16:00

Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalda Kürdəmir rayonunun nümayəndələri festivalın ən fəal rayonu kimi birinci yer üçün təsis edilən diplom , qızıl medal və xüsusi kubokla mükafatlandırılıblar. Rayon nümayəndələri festivalda 29 növ mürəbbə nümayiş etdiriblər.
Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Keçidlər