Şriftin ölçüsü :

Saytın rəngi :

Çöl-Ərəb kəndində modul tipli yeni məktəb binası quraşdırılır

25 avqust 2017 | 16:00

Kürdəmir rayonunun Çöl-Ərəb kəndinin məktəbliləri yeni dərs ilini modul tipli yeni binada qarşılayacaqlar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin sifarişi ilə kənd məktəbi üçün modul tipli 96 şagird yerlik yeni bina quraşdırılır. “PDL” MMC tərəfindən quraşdırılan yeni tədris ocağı 9 sinif otağından ibarətdir. Artıq binanın bünövrə blokları qurulub, kürsü hissənin divarları tikilib və kipləşdirmə işləri aparılır. Məktəb üçün yeni bina qarşıdakı dərs ilinədək təhvil veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin sifarişi ilə rayonun Yeni Şıxımlı kəndində də ibtidai məktəb üçün 40 şagird yerlik modul tipli yeni bina quraşdırılıb.

Keçidlər