Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

26 iyul 2017 | 16:00

Iyul ayının 20-dən 26-sı tarixinədək Kürdəmir Olimpiya İdman kompleksində 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov tədbir işitirakçılarını bayram münasibəti ilə təbrik etdi . O öz cıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhfələri vurğuladı və son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığını bildirdi.
Yarış Beynalxalq Futbol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən dairəvi sistem üzrə keçirilib. Turnirdə keçirilmiş oyunların nəticələrinə görə I yeri “Qarabağ” futbol komandası, II yeri “Olimpik” futbol komandası,III yeri isə “Sünbül” futbol komandası qazanıblar.
Yarışda qalib gələn komandalar və fərqlənən idmançılar Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

Keçidlər