Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib

02 iyun 2017 | 16:00

İyunun 2-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məkktəbin akt zalında “Zərərli vərdişlərin və zərərli dini cərəyanların fərd və cəmiyyət həyatına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis kapitanı Vüsal Hüseynov, təşkilati inspeksiya bölməsinin baş inspektoru polis polkovnik leytenantı Azər Abdullayev və şöbənin digər əməkdaşları, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, eləcə də orta məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında iştirakşılara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. O, narkomaniyanın insana, ailəyə və cəmiyyətə vurduğu ziyanlara da toxunaraq bu cür əməllərin insan üçün tibbi və fiziki problemlərin yaranmasına gətirib çıxardığını geniş izah edib.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nizami Abbasov və Asif Əhmədov, dini radikalizm və ekstremizm, narkomaniya və onun fəsadları, xüsusilə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, zərərli vərdişlər  müasir dövrdə aktuallıq kəsb edir və bu gün həmin problemlərin həlli yollarından biri də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirmə işlərinin aparılmasıdır. 
      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər