Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirilib

12 may 2017 | 16:00

Mayın 12-də rayonun Heydər Əliyev Mərkəzində “15 may – Beynəlxalq Ailə Günü” münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq bildirib ki, “15 may Beynəlxalq Ailə Günü” BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildə Qadın Problemləri Üzrə Dövlət Komitəsi yaradıldı, 1998-ci ildə qadınların 1-ci qurultayı keçirildi, 2000-ci il mart ayının 6-sında “Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalandı. Bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci vitse-prezdenti  Mehriban Əliyeva  tərəfindən də uğurla davam etdirilir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün prezident İlham Əliyev tərəfindən Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə gender bərabərliyi 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edildi.
Tədbirdə YAP Kürdəmir rayon Təşkilatının qadınlar şurasının sədr müavini Elmira Şıxaliyeva , adlı-sanlı əməkçi qadın Sevil Osmanova və başqaları çıxış etdilər.
Dəyirmi masada “Azərbaycan Ailəsi 2016” film festivalından seçilmiş filmlərə baxış keçirildi.
Sonda rayonun Xırdapay kənd sakini Ağayev Rahid Rəfael oğlu ilə şəhər sakini Salayeva Arzu Arif qızının nigah mərasimi rayonun Heydər Əliyev Mərkəzində qeydiyyata alındı.

 

Keçidlər