Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turniri keçirilib.

12 may 2017 | 16:00

Mayın 12-də rayonun Dəyirmanlı kənd tam orta məktəbində torpağlarımızın azadlığı uğrunda şəhid olmuş "Azərbaycan Bayrağı ordenli" Tahir İslamovun əziz xatirəsinə həsr olunmuş voleybol üzrə rayon turniri keçirilib. Tədbirdə Kürdəmir rayon Gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi iştirakçıları və rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə şəhid Tahir İslamovun adını daşıdığı Dəyirmanlı kənd tam orta məktəbində onun xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Mərasimdə Dəyirmanlı kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.Tədbirdə şəhidin anası, ona dərs demiş müəllimlər , döyüş yoldaşları şəhidin həyat və döyüş yolundan söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Yarışda Dəyirmanlı kənd tam orta məktəbinin voleybol komandası I yeri, Mürtülu kənd tam orta məktəbinin voleybol komandası II yeri, Yenikənd kənd tam orta məktəbinin voleybol komandası III yerə layiq göruldülər. Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar Kurdəmir rayon Gənclər və idman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər