Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

10 may 2017 | 16:00

Mayın 10-da  Dahi rəhbərin doğum günündə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov,  rayonun hüquq-mühafizə orqanlarının,  idarə,   müəssisə və təşkilatlarının  rəhbərləri, YAP-ın üzvüləri , ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri , rayon sakinləri  Ulu Öndərin  adını daşıyan  parkda  ucaldılmış  Ulu Öndərin abidəsi önünə tər-çiçəklər düzdülər və onun  nurlu,  işıqlı əziz xatirəsini bir daha ehtiramla yad etdilər.
Tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponantlara böyük maraqla tamaşa etdilər.
Həmin gün  Ümummilli   Lider  Heydər  Əliyevin   anadan   olmasının 94-cü il dönümü    münasibəti   ilə  rayon  ərazisində   geniş    ictimaiyyətin  iştirakı  ilə ağacəkmə kampaniyası keçirildi.
Ağacəkmə  aksiyasında  Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri,  əmək  kollektivləri və rayon sakinləri  iştirak  ediblər.
İməclikdə 3100 nəfərdən çox rayon sakini tərəfindən 7200-dən artıq müxtəlif növ ağaçlar və gül kolları əkildi.

Keçidlər