Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib

10 may 2017 | 02:00

Mayın 9-da rayonun Qələbə parkında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov,  Böyük  Vətən  müharibəsi  veteranları,  hüquq-mühafizə  orqanlarının,    idarə ,  müəssisə və  təşkilatların   rəhbərləri,   ağsaqqallar və ziyalılar,    rayon  ictimaiyyətinin  nümayəndələri  iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə İkinci Dünya müharibəsində  həlak olmuş kürdəmirlilərin  xatirə  abidəsi  kompleksi və həmyerlimiz  Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbir Kürdəmir Rayon Tarix Diyarşünaslıq Muzeyində bayram süfrəsində davam etdirildi.  Mərasimdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin ailə üzvləri səmimi görüşərək onları Qələbə bayramı münasibətilə təbrik etdi,  hər birinə uzun ömür , can sağlığı arzuladı. Rayon rəhbəri veteranların istək və problemləri ilə maraqlandı, onların  arzu istəkləri yerindəcə həll olundu. Ceyhun Cəfərov Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından geniş söz açaraq Ulu Öndər Heydər Əliyevin  veteranların  sosial qayğılarını daim diqqət mərkəzində saxladığını, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarına Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərildi.

Keçidlər