Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə möhtəşəm konsert keçirilib

07 may 2017 | 16:00

Mayın 7-də Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil ediblər.
Bayram konsertində rayon  rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak edirdilər.
Rayon  sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında Aygün Kazımova, Xumar Qədimova, Zakir Əliyev, Sevda Yəhyayeva, Nadir Qafarzadə, Rəvan Qarayev, Ceyhun Qala, Samira və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri  bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Keçidlər