Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbirlər keçirilir

11 aprel 2017 | 16:00

Şanlı Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq  tarixi qələbə qazanmasından bir il keçir. 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə düşmənin çoxlu  canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman döyüşçülərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəkliklərin olduğu torpaqları azad etdilər.
Torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğlullarımızdan aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant Əbubəkr İsmayılov və cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun giziri Tural Qurbanovdur.
Bu günlərdə onların əziz xatirəsi rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən geniş şəkildə anılıb.Tədbirlər silsiləsinin davamı olaraq bu gün şəhid Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barolyefin önünə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, məktəblilər, ziyalılar, gənclər tər-çiçək dəstələri düzüblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov və başqaları çıxış edərək Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd edib. O bildirib ki, bu qələbə xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. Tacəddin Novruzov bütün ölkədə olduğu kimi Kürdəmirdə də şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Çıxış edənlər Vətən torpağı uğrunda canından keçən şəhidlərin, o cümlədən, Əbubəkr İsmayılovun qəhrəmanlığından, yurd sevgisindən danışdılar.
Tədbir şəhid Əbubəkr İsmayılovun məzunu olduğu şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi -bədii kompazisiya ilə başa çatıb.

Keçidlər