Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Şahin” hərbi idman oyunlarının rayon turu keçirilib

06 aprel 2017 | 16:00

Aprelin 6-da Kürdəmir Rayon Mərkəzi stadionunda rayonun 43 ümumtəhsil məktəbinin iştirakı ilə “Şahin” hərbi-idman oyunu keçirilib.
Yarışın açılış mərasimində Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Qalib Baxşiyev yarış iştrakçılarını salamladı və  bildirdi ki ,“Şahin”  hərbi-idman  oyununun  keçirilməsində  məqsəd  böyüməkdə olan  nəslin  hərbi  vətənpərvərlik  tərbiyəsinə  diqqət və qayğını  daha   da  artırmaq , məktəb  şagirdlərini  hərbi-idman  oyunlarına   geniş   cəlb    etməklə    onların   ordu    sıralarında   xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından şahinləri təbrik etdi. Vəsilə Əsgərli çıxışında qeyd etdi ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi daim dövlətin diqqət mərkəzindədir və bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilməkdədir. O bildirdi ki, Ali Baş  Komandan  İlham Əliyevin keçirdiyi məqsədli siyasət nəticəsində ordumuzun döyüş  qabiliyyəti daha da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə  möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması  istiqamətində mühüm addımlar atılıb. Azərbaycan  Cənubi  Qafqaz  regionunda  öz ordusunu  daxili  imkanları hesabına  hərbi  texnika  və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir. Bir inaniriq ki, möhtərəm  Prezidentimiz Ali  Baş komandan  İlham  Əliyevin  rəhbərliyi  altında üç rəngli bayrağımız yaxın vaxtlarda  Şuşada,  Laçında, Xankəndində,  Dağlıq   Qarabağın  hər   bir  güşəsində  dalğalanacaqdır.   Bu  qələbələrə   gedən   yol   məhz belə hərbi vətənpərvərlik yarışlarından başlayır.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı qaldırıldı. Sonra yarış açıq elan olunaraq mərhələlərə start veildi. Sıra hazırlığını Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin zabitləri qəbul etdi. Komandalar növbəti mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olundu. Çöhranlı kənd tam orta məktəbin şahinləri I yeri, şəhər 6 saylı tam orta məktəbin şahinləri II yeri, şəhər 1 saylı tam orta məktəbin şahinləri III yeri tutdular.
Qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olundu.
Birinci yeri tutan komanda “Şahin”lər hərbi idman oyunlarının zona birinciliyinə vəsiqə qazanıb.

Keçidlər