Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə qızlar arasında voleybol üzrə rayon birinciliyinə yekun vurulub

07 mart 2017 | 16:00

Martın 7-də rayonun Atakişili kənd tam orta məktəbinin idman zalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan idmanın voleybol növü üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları iştirak ediblər.
Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qızlardan ibarət voleybol komandalarını təbrik etdi və idmançılara qələbə sevinci arzuladı. O, bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Azərbaycan Respublikasinin Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Mart ayının 6-dən start götürən turnirdə komandalar qrup və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin voleybol komandası və III yerə Xirdapay kənd tam orta məktəbin voleybol komandası layıq görülüblər.
Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.

Keçidlər