Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub

27 fevral 2017 | 16:00

Fevralın 27-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun Şahmat məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin final mərhələsi keçirilib.   
Turnirin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, 1992- ci ilin 25 -dən 26- na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir. 25 ildir ki ədaləti bərpa olunmayan bu faciə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq və bu faciənin bilavasitə iştirakçıları dünyanın qınaq obyektinə məruz qalacaqlar.
Fevralın 23-dən start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 80 oğlan və qız şahmatçısı 8-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-12 yaş qruplarında I yerə oğlanlarda Famil Hacıyev , qızlarda isə Aliyə Əzizova , 13-16 yaş qruplarında I yerə oğlanlarda Şahin Kərimov, qızlarda isə Xəyalə Səmədova  layiq görülüblər.
Turnirində I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

Keçidlər