Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir

24 fevral 2017 | 16:00

Fevralın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində “Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev , Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbir   iştirakçıları   əvvəlcə   Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev  xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımların atdığını bildirdi. Həbib Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirə layiqdir.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq  şöbəsinin müdiri Şahin Əhmədov qeyd edib ki, Ulu Öndərin layiqli siyasi davamçısı olan Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görülür. Eləcə də, Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan «Xocalıya ədalət» kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.Amma bu məsələ hansısa qurumun işi deyil. Bu, ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımın tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildirərək Xocalı faciəsinin dünya miqyasında soyqırım aktı kimi tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışdılar.

Keçidlər