Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

16 dekabr 2016 | 16:00

Dekabr ayının 12-dən 16-sı tarixinədək Kürdəmir Olimpiya İdman kompleksində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan idmanın futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
  Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev tədbir işitirakçılarına Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhfələri vurğuladı və son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığını bildirdi.
Yarış Beynalxalq Futbol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilib. Yarışda 8 məhəllə futbol komandası iştirak edib. Turnirdə keçirilmiş oyunların nəticələrinə görə I yeri “Qarabağ” futbol komandası, II yeri “Neftçi” futbol komandası,III yeri isə “Qəbələ” futbol komandası qazanıblar.
Yarışda qalib gələn komandalar və fərqlənən idmançılar Kürdəmir Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

Keçidlər