Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon birinciliyinin final mərhələsinə yekun vurulub

21 oktyabr 2016 | 16:00

Oktyabrın 21-də Atakişili kənd tam orta məktəbinin idman zalinda "18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə" həsr olunan idmanın voleybol növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər. Oktyabrın 11-dən start götürən birincilikdə komandalar qrup, yarımfinal və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin voleybol komandası və III yerə Şüşün kənd tam orta məktəbin voleybol komandası layıq görülmüşlər. Atakişili məktəbinin voleybol komandası həmdə bu ilin sentyabr ayında Şirvan şəhərində keçirilmiş İdman məktəblərinin VIII Respublika oyunlarının zona yarışmasının qalibidirlər.
Birincilikdə fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.

Keçidlər