Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Müstəqillik Günü qeyd olunub

18 oktyabr 2016 | 16:00

Oktyabrın 18-də rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Dövlət  Müstəqilliyinin  bərpasının 25-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir ” mövzusunda konfrans keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon ərazisində yerləşən”N” saylı hərbi hissənin hərbiçiləri iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Konfransda “Müstəqillik dövründə Azərbaycan respublikasının hərbi quruculuq fəaliyyəti”  mövzusunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyev,  “Heydər Əliyev ideyaları Milli Müstəqilliyimizin mənəvi güc mənbəyidir” mövzusunda 1 saylı tam orta məktəbin müəllimi Sevinc Eyyubova,”18 Oktyabr Dövlət Müstəqilliyi günüdür” mövzüsunda Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov, “Azərbaycan təhsili Müstəqilik illərində”  mövzusunda Atakişili kənd tam orta məktəbinin müəllimi Gülnaz Əliyeva məruzələrlə çıxış edərək Ümummilli Liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O,öz çıxışında bildirib ki, Azərbaycan ictimaiyyəti ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük təntənə və qürur hissi ilə qeyd edir .Əslində 25 illik bir dövr ölkənin uzun müddət formal müstəqillik üsul idarəsinə məhkum olunmuş dövlətin tarixində o qədər də böyük zaman deyil.Lakin fəxrlə qeyd etməliyik ki. Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçibdir.Əsası müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik, azərbaycançılıq idyalogiyasının formalaşdırılması siyasəti nəticəsində qısa dövr ərzində dövlətimizin hüquqi-sosial bazası yaranmış, müstəqilliyi möhkəmlənmiş ölkəmizin dünya birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılmışdı. Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların onun siyasi varisi müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, ölkəmizin prezdenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilmişdir. Əlbətdə bütün bu nailiyyətlər, qazanılmış uğurlar asanlıqla əldə olunmayıb. Bu Azərbaycan xalqının qədim tarixə malik zəngin dövlətçilik təfəkkürü və əsrlər boyu azadlıq uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi” xalqımız ən şirin, ən əziz nemət olan azadlığa, müstəqilliyə qovuşdu.”1991–ci il oktyabr ayının 18–də Müstəqillik haqqında konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlanmışdır.Tariximizin bu yeni mərhələsini şərti olaraq üç dövrə ayrmaqla baş vermiş tarixi ictimai - siyasi proseslərə qiymət verməyə çalışsaq, görərik ki, müstəqilliyin bərpası haqqında tarixi qərarın qəbul olunmasından sonra başlayan müstəqilliyimizin ilk illərindəki ziddiyyətlər, hakimiyyətin naşı əllərə keçməsi, səriştəsiz siyasət vəziyyəti xeyli gərgibləşdirirdi. O ağır günlərdə xalqmız mətinlik, mübarizlik, dözümlük nümayiş etdirərək, nələrə qadir olduğumuzu sübuta yetirdi. Müstəqilliyimizin hələ möhkəmlənməmiş bir vaxtında parçalanmaq qorxusu ölkəni bürüdü, Azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində gözlənilən və həyati əhəmiyyətli addımlar atılmadı, ölkənin səriştəsiz rəhbərliyi mövqecə tarixi məqamın unikallığını dərk etmək bacarığından uzaq olduğundan cəmiyyətdə baş verən mürəkkəb ictimai - siyasi hadisə və mənəvi prosesləri idarə edə bilmədi. Nəticədə ölkədə bütün sahələri əhatə edən hərcmərcilik, xaos hökm sürməyə başladı. Azərbaycanda müstəqillik uğrunda aparılan mübarizə kəskin siyasi istiqamətdə sürətlənir, ölkə idarə olunmaz hala düşürdü.Respublikada iki qüvvə üz-üzə gələrək vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Səngərin bir tərəfində rəhbərlikdəki vəzifəpərəst qüvvələr ,digər tərəfində azadlıq mübarizəsi ilə alovlanmış xalq kütlələri dayanmışdı. Yaranmış xaosdan isə düşmənlərimiz xususən də mənfur erməni işğalçıları daha çox yararlanmağa çalışırdılar.Xalqın coşub-daşan azadlıq həvəsi, müstəqillik istəyi yüksəkliyində daya bilməyən o zamankı iqtidar, tarixin millətimizə bəxş etdiyi bu böyük sərvəti nə lazımınca qiyməndirə bilir, nə də onun qorunub saxlanması qüdrətində olduğunu nümayiş etdirə bilirdi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycanın müstəqillik tarixinin yeni erası, yeni mərhələsi öz başlanğıcını qoydu.  O, həyatı bahasına başa gələ biləcək mübarizə meydanına atıldı. Çünki Ulu Öndərimiz bu xalqın gücünü, dönməz əqidəsini, mərdliyini,azadlıq mübarizəsini yaxşı bilirdi və xalqın bu keyfiyyətlərinə arxalanırdı.Xalqımızın acı həqiqətlərini, azadlıq mübarizəsindəki məğlubiyyətinin səbəblərini yaxşı bilən Heydər Əliyev bütöv Azərbaycan dövlətinin əsasını yaratmağı qarşısına məqsəd qoyaraq öz üzərinə böyük məsulliyyət götürmüş oldu. 1993 –cü il iyun  ayının 15–dən Müstəqillik tariximizdə şərəfli bir dövr olan ikinci mərhələ başlandı. Bu mərhələni Ulu Öndərin təbirincə desək, tarixin çox çətin, mürəkkəb, həm də sınaq dövrü adlandırmaq olar.Qarşıda çox böyük işlər dururdu: birinci növbədə ölkədə sabitlik yaratmaq, atəşkəsi dayandırmaq, dağılan, talan edilən iqtisadiyyatı bərpa etmək, ölkədə hökm sürən dərəbəyliyi ,silahlı dəstələri ləğv etmək, ölkənin parçalanması kimi qorxulu cəhdlərin qarşısını almaq kimi çox ağır problemləri həll etmək lazım idi. Heydər Əliyev xalqın inamını özünə qaytarmaq üçün çox qısa vaxt ərzində öz fəaliyyəti ilə cəmiyyətdə canlanma yaratdı.Xalq Heydər Əliyevin dahiliyini bir daha sanki yenidən kəşf etdi, yekdilliklə ümummilli liderimizi 1993-cü ilin oktyabrında ölkəmizin prezidenti seçdi. Ölkədə aparılan siyasi, iqtisadi dəyişikliklər xalqda inamı artırdı.“Əsrin müqaviləsi ”sazişi imzalanmaqla iqtisadiyatımız dirçəlişə istiqamətləndirildi, qanunsuz silahlı dəstələrin dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Müasir tələblərə cavab verən çoxpartiyallıq əsasında Milli məclis formalaşdı, milli konsitutiyamız qəbul olundu, Bakı–Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə başlandı, inflyasiya ram edildi, talan olan iqtisadiyyatımız dirçəlməyə başladı. Azərbaycan xalqının haqlı tələbi dünyanın super dövlətlərinin ali məclislərində Heydər Əliyev dühasının tələbi ilə müzakirə olunurdu. Artıq Müstəqil Azərbaycan Respublikası Avropa və qərb dövlətlərinin o, cümlədən ABŞ-ın təhlükəsizlik missiyasının etibarlı tərəfdaşına çevrilmişdir. Tarix boyu işğalçı Rusiyanın himayəsi ilə  Azərbaycan  əleyhinə aparılan erməni böhtanı artıq Heydər Əliyev zəkası qarşısında Azərbaycan həqiqətləri ilə ifşa olurdu. Vətəndaş müharibəsinin bir addımlığında olan, müstəqilliyini itirmək təhükəsi ilə üzləşən, iqtisadiyyatı talan edilən, müstəqil Azəribaycan Heydər Əliyev dühasına sığınaraq yaşadı, bütün itkilərə dözdü, yenidən quruldu, yenidən yaradıldı, respublikamız qüdrətli dövlətə çevrildi.Müasir Azərbaycan dövlətinin banisi ölkəmizi dünyanın ən inkişaf etmiş sivil dövlətləri səviyəsinə çatdırmağı həyatının əsas amalı sayan, özünün müdrikliyi, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük Öndərin layiqli davamçısı yeni təfəkkürlü siasətçi Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçrilməyə başladı. Bununla da müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsinə, yeni üçüncü mərhələyə, dinamik inkişaf mərhələsinə keçid başlandı2003-cü ilin oktyabrından başlanan möhtərəm Prezidentimiz İlham Əliyevin  rəhbərlik etdiyi sürətli inkişaf mərhələsi bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur. Bu gün müstəqil Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutaraq Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatçısına, regionda isə lider dövlətə çevrilmişdir.Möhtərəm Prezidentimiz İlham Əliyev düşünülmüş və balanslaşdırılmış xarici və daxili siysəti uğurla həyata keçirərək, müstəqil Azərbaycanın mövqelərini  daha da möhkəmləndirir.  Ölkəmizin beynəlxalq nufuzunu durmadan artırır, qısa zaman kəsiyində özündə ümumbəşəri dəyərləri ehtiva edən Azərbaycan dəyərləri dünyanın o, cümlədən Avropa dövlətlərinin bəzilərində inkişaf modeli kimi qəbul olunur.  Düzgün, ardıcıl, qətiyyətli, uğurlu daxili siyasət nəticəsində əhalinin sosial rifahı durmadan artır, nəinki mərkəzdə ,o cümlədən regionlarda bütün infrastruktur yenilənir, müasir tələblər səviyyəsinə çatdırılır, neft kapitalının insan kapitalına çevrilməsi siyasəti öz uğurlu nəticələrini verir, ölkənin elmi əsaslarla idarə olunması səviyyəsi yüksəlir.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşmərəmlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni irsimizə, təhsilə, uşaqlara və gənclərə göstərdiyi xüsusi qayğı və diqqət  Müstəqil Azərbaycanın daha da möhkəmləndirilməsinə öz töhvəsini verir. İnanırıq ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik sükanını  əlində möhkəm saxlayan Ali Baş Kamandan Ölkə Prezidenti İlham Əliyev öz doğma xalqı ilə Azərbaycan torpaqlarını işğaldan azad edəcək, öz cəsarətli siyasəti ilə müstəqil Azərbaycanı hər zaman irəliyə aparacaqdır.

Keçidlər