Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəbliləri arasında Tir atıcılığı üzrə rayon turniri keçirilib

22 sentyabr 2016 | 16:00

Sentyabrın 22-də Gənclər evində Kürdəmir rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə rayonun 25 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdlərinin iştirakı ilə idmanın Tir atıcılığı növü uzrə rayon turniri keçirilib.
Yarış yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı, məktəblilərə təlim silahlarından istifadə vərdişlərinin aşılanması və orduya hazırlanması məqsədi ilə təşkil olunub.
Yarışda komanda birinciliyində Çöhranlı kənd tam orta məktəbi I yeri,  şəhər 5 saylı tam orta məktəbi II yeri , Karrar qəsəbəsi tam orta məktəbinin  komandası  III yerə layiq görüldülər.  Şəxsi birincilik üzrə Çöhranlı  kənd tam orta məktəbinin şagirdi Abuşov Sübhan I yerə, Karrar qəsəbəsi kənd tam orta məktəbinin şagırdi Qasımov Rəvan II yeri qazanıblar.
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Keçidlər