Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Polis işçilərinin peşə bayramı qeyd olundu

02 iyul 2016 | 16:00

İyulun 2-də Kürdəmir rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Bu əlamətdar gün münasibətilə Kürdəmir rayon Polis Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polkovnik Oqtay Məmmədov şəxsi heyəti və qonaqları salamlayaraq,  Azərbaycan  polisinin, o cümlədən  Kürdəmir  rayon Polis Şöbəsinin və şöbənin əməkdaşlarının  keçdiyi  şərəfli yoldan ətraflı danışdı.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək Dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında böyük fədakarlıq göstərən, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsində , ölkə Prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fəxri fərmanlar tədqim olundu.

Keçidlər