Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

24 iyun 2016 | 16:00

İyunun 24-də rayonun Gənclər evində Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26-iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Narkomaniya əsrimizin bəlasıdır”  mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar və gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvi Şahin Əhmədov narkomaniya, onun törətdiyi fəsadlar, Dövlət Proqramına uyğun olaraq rayonda komissiya tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məruzə etdi.  Şahin Əhmədov bildirib ki,  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın rayonda icrası ilə əlaqədar olaraq Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tədbirlər planı işlənib hazırlanmış və tədbirlər həyata keçirilməkdədir. Şahin Əhmədov  qeyd edib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı,həmin tədbirlərə müharibə və əmək veteranları,rayon ağsaqqalları və ziyalıları cəlb edilməlidir.
Tədbirdə Kürdəmir rayon Gənclər və idman idarəsinin rəis müavini Qalib Bağşıyev,  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  həkimi Rasim Əzizov ,  rayon Polis şöbəsinin əməkdaşı İbrahim Sadıqov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev və başqaları çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.

Keçidlər