Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

31 may 2016 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümü-Respublika günü münasibəti ilə rayonun Gənclər Evində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon Təşkilatının Gənclər Birliyi və Kürdəmir rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov 28 may tarixinin Azərbaycanın bayram günləri içərisində mühüm yer tutduğunu, bu günün nəticəsi olan Müstəqil Azərbaycanın dünyanın hər yerində tanındığı və dövlətçiliyin möhkəmləndirildiyi bir gündür.
Tarixi Azərbaycan torpaqlarında bir çox dövlətlərin olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti ona görə müstəqil Azərbaycan ünüv əhəmiyyət kəsb edir ki, 1991-ci ildə yaradılmış Azərbaycan Respublikasının hüquqi varisidir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon Təşkilatının Gənclər Birliyinin sədri Daşqın Rüstəmov Şərqdə ilk yaranmış demokratik Respublikanın məhz Azərbaycan Xalq Cümhuriyyəti olduğunu vurğulamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq bu müddət ərzində istər daxildə, istərsə də xarici ölkələrlə münasibətdə özünün müstəqil dövlət kimi tanınmasında fəal siyasət aparılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti öz siyasətini demokratik, azad bir yol tutaraq həyata keçirirdi.
Məlum tarixi hadisələr təzəcə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanılmasında təzadlar yaradırdı. Belə ki, birinci dünya mühatibəsində Osmanlı dövlətinin məğlub olması və Antanta dövlətləri ilə sülh müqaviləsi bağlaması Azərbaycan Xalq Cümhuriyyətinin qorunub saxlanmaqsına və bir dövlət kimi məhkəmlənməsinə öz acı nəticələrini göstərmişdir.
23 aylıq mövcud olduğu dövrdə Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu, sərhədlərin mühafizəsi, bank işi və iqtisadiyyat, təhsil sahəsi, dövlət idarəçiliyi və sairə kimi müstəqil dövlətlərdə olan sahələr inkişaf etdirilmişdir.
Təəssüf hussi ilə qeyd edək ki, Bolşeviklərin hakimiyyətə gəldiyi Rusiya İmperiyası öz gözlərini Azərbaycan torpağından çəkməmişdir. Nəticəsi olaraq 1918-ci ilin aprelin 28-də Azərbaycandan da olan bir sıra bolşeviklərin çağırışı ilə 11-ci qızıl ordu hissələri Azərbaycana daxil oldular. Beləliklə Şərqdə ilk Demokratik Dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı.
Konfransın sonunda rayonun qabaqcıl gənclərinə hədiyyələr verilmişdir.
        

Keçidlər